|
Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 15-də 75 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,82 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 75,4 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,81 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 71,12 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,51 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 75,42 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,55 dollar/barel azdır.