|
Maldini "Milan"ın yeni transferini açıqladı

"Milan"ın idman direktoru Paolo Maldini "Çelsi"nin hücumçusu Olivye Jirunu transfer etdiklərini açıqlayıb.

Qol.az xəbər verir ki, o bildirib ki, 34 yaşlı hücumçu ilə razılıq əldə edilib:

"Jiru tezliklə Milana gələcək və müqavilə imzalayacaq. Olivye Çempionlar Liqasının qalibi və dünya çepionudur. Təcrübəsini gənclərlə bölüşəcək".

Qeyd edək ki, Fransa millisinin üzvü "Çelsi"yə 2018-ci ildə "Arsenal"dan keçmişdi.