|
Flora Kərimovaya ağır itki üz verib

Xalq artisti Flora Kərimovaya ağır itki üz verib.

Sənətçinin qardaşı Akif Kərimov dünyasını dəyişib.

Bu haqda BAKU.WS-ə Xalq artistinin köməkçisi Yaqut məlumat verib:

“Flora xanımın qardaşının vəfatı ilə bağlı yayılan xəbərlər doğrudur. Akif bəy 8 ay idi xəstə yatırdı. Mərhum xərçəng xəstəliyindən dünyasını dəyişib”.

Qeyd edək ki, Xalq artistinin qardaşı Akif Kərimovun 74 yaşı var idi.