|
ABŞ əsgərlərinə kömək edən əfqanıstanlıların təxliyəsinə başlanılacaq

ABŞ rəhbərliyi iyul ayının son həftəsində ABŞ hərbi qüvvələrinə dəstək verən Əfqanıstan vətəndaşlarının hava yolu təxliyəsinə başlayacaq.

APA xəbər verir ki, bu barədə TASS-a Dövlət Departamentinin nümayəndəsi bildirib.

“Xüsusi immiqrasiya vizası üçün müraciət edənlərin Əfqanıstandan uçmasına iyul ayının son həftəsində başlanılacaq”, - deyə məlumatda qeyd olunub.