|
Bakıda gənc qızı avtomobil vurub

Bakının Qaradağ rayonunda ağır yol qəzası zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Müşviqabad qəsəbəsində baş verib. Belə ki, 1998-ci il təvəllüdlü Məmmədova Nəzakət Natiq qızı yolu keçərkən onu avtomobil vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırma aparılır.