|
Tovuzda piyadanı maşın vurub

Tovuzda piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun mərkəzi küçəsində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili 1975-ci il təvəllüldü Ağayeva Vəfa Zeynal qızını vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.