|
Rusiyada yol qəzasında yanan yük maşınının sürücüsü ölüb

Rusiyada ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA “vestitambov.ru”ya istinadən xəbər verir ki, Oryol-Livni-Lipetsk-Yeletsk-Tambov avtomobil yolunun 390-cı kilometrliyində qeydə alınan hadisə nəticəsində yük maşınlarında biri alovlanıb. Yanan maşının sürücüsü dünyasını dəyişib.

Həmin ərazidə təmir işlərinin aparıldığı bildirilir.