Türkiyə çempionu “Beşiktaş” yeni mövsüm hazırlıqları çərçivəsində İspaniyada keçirilməsi planlaşdırılan təlim-məşq toplanışını ləğv edib.
Bu barədə “Haber Global” məlumat yayıb.
Klub bu qərarı Avropada koronavirusa sutkalıq yoluxmanın yenidən yüksəlməsi ilə əlaqələndirib.
Xatırladaq ki, Türkiyə çempionu Alikante şəhərində 24 iyul-4 avqust tarixlərində təlim-məşq toplantısı keçirmək istəyirdi.
