Türkiyənin Hakkari rayonunun polis idarəsi rəisinin müavini Həsən Cevher güllələnərək qətlə yetirilib.
Avropa.info Türkiyə mediasına istinadən xəbər verir ki, rəis müavini idarənin yeməkxanasında olarkən başqa bir polis məmuru Nasuh Çulcu tərəfindən silahlı hücuma məruz qalıb.
Başından və sinəsindən yaralanan Cevher hadisə yerində həyatını itirib. Polis rəis müavinini güllələyən Nasuh Çulcu isə ayağından vurularaq zərərsizləşdirilib.
