Bakıda Ağır Cinayətlər Məhkəməsində narkotik ittihamı ilə həbs edilən 9 nəfərə hökm oxunub.
Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitə əldə etmə və satma) maddələri ilə təqsirli bilinən şəxslər hakim qarşısına çıxarılıb.
Məhkəmənin hökmü ilə Ağadadaş Məlikov 6 il 6 ay, Rafiq Əliyev 10 il, Zöhrab Abbasov 5 il, İlkin Saqiyev 6 il 6 ay, Anar Şıxıyev 7 il 6 ay,
Abbas Abbasov 6 il, Hüseyn Hüseynov 8 il, İmaməddin Məhərrəmov 12 il, Baba Babayev isə 10 il müddətinə azadlıqdan məhrum ediliblər.
