İraqın cənubunda yerləşən Di-kap əyalətinin Ən-Nasir şəhərində koronavirusa yoluxan pasiyentlər üçün nəzərdə tutulan hospitalda baş verən yanğın nəticəsində ölənlərin sayı 77 nəfərə çatıb.
“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı yerli “Al-Hadath” telekanalı yayıb.
Hadisə ilə əlaqədar əyalətin səhiyyə naziri Səddam ət-Tavil istefa verib.
İraqın Baş naziri Mustafa əl-Kazımi ölənlərin xatirəsinin yad edilməsi üçün matəm elan olunması və yanğının araşdırılması üçün xüsusi komissiyanın yaradılması ilə bağlı tapşırıq verib.
***
İraqın cənubundakı Di-Kar əyalətinin Ən-Nasiriyə şəhərində koronavirus xəstələri üçün nəzərdə tutulmuş xəstəxanada baş vermiş yanğın nəticəsində azı 13 nəfər ölüb, daha 30 nəfər isə xəsarət alıb.
APA xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, yanğından 20 nəfər xilas edilib.
Bundan əvvəl “Alsumaria” telekanalı xəbər verib ki, “İmam Hüseyn” xəstəxanasında yanğın baş verib, tibb müəssisəsinin rəhbərliyi isə xəstələri təxliyə edib.
***
İraqın cənubundakı Di-Kar əyalətinin Ən-Nasiriyə şəhərində koronavirus xəstələri üçün nəzərdə tutulmuş xəstəxanada baş vermiş yanğın nəticəsində azı 30 nəfər ölüb.
APA xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb. Yanğın zamanı daha 20 nəfər xilas edilib.
İlkin məlumata görə, “İmam Hüseyn” xəstəxanasında baş vermiş yanğının səbəbi oksigen balonunun partlamasıdır. Hazırda onlarla insanın xəstəxanada köməksiz vəziyyətdə qaldığı bildirilir.
Bu, İraqda koronavirus xəstələri üçün nəzərdə tutulmuş tibb müəssisəsində baş vermiş ilk belə hadisə deyil. Bundan əvvəl aprelin 24-də Bağdaddakı İbn əl-Xətib xəstəxanasında baş vermiş yanğın nəticəsində 82 nəfər ölmüş, azı 110 nəfər xəsarət almışdı.
***
İraqın cənubunda, Di-Kar əyalətinin Ən-Nasiriyyə şəhərindəki koronavirus xəstələri üçün nəzərdə tutulmuş xəstəxanada baş vermiş yanğında ölənlərin sayı 40-a çatıb, azı 70 nəfər xilas edilib.
APA xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Məlumata görə, “İmam Hüseyn” xəstəxanasındakı yanğının səbəbi oksigen balonunun partlamasıdır. Hazırda onlarla insan xəstəxanada çıxılmaz vəziyyətdə qalıb. Yanğınsöndürənlər yanğının yayılmasının qarşısını ala bilib.
Hadisə ilə əlaqədar bölgənin Səhiyyə Nazirliyi fövqəladə vəziyyət elan edib. Yerli KİV-lərin verdiyi məlumata görə, ölkənin Baş naziri Mustafa əl-Kazımi faciənin baş verdiyi yerə gedib.
