|
Bu içki sizi arıqladacaq

Limonlu su arıqlamaq istəyənlərin illərdir ən sevilən içkilərdən biridir. Lakin faydalarından yararlanmaq üçün düzgün istehlak etdiyinizdən əmin olun.

 

Axşam.az xəbər verir ki, limonad və bu kimi içkilərin tərkibində şəkər olduğundan onları qəbul etdikdə daha çox kalori almağınıza səbəb olur. Eyni zamanda bunun o qədərdə sağlam içəcək olduğunu demək olmaz. Ancaq sadə limon suyu içməklə həm sağlamlığınızı qoruya, həm də artıq çəkilərdən qurtula bilərsiniz.

Limonlu su maddələr mübadiləsinin sürətlənməsinə, nəticədə daha asan arıqlamağınıza imkan yaradacaq. Su və limonun ayrı-ayrılıqda faydaları hər kəsə məlumdur. Bu iki möhtəşəm məhsul birləşdik də isə bədəndəki şəkər miqdarını tənzimləyir, həzm prosesini sürətləndirir.

Su içmək iştahınızı azalda bilər. Bu, yeməyi su ilə əvəzləməli olduğunuz mənasına gəlmir. Lakin yeməkdən əvvəl bir-iki stəkan su içmək az yeməyinizə kömək edəcək. Üstəlik limonla birləşən suyun ləzzəti daha da artır. Bu da damaq dadınızın dəyişməsinə və daha çox istehlak etməyinizə yardımçı olacaq.