|
"Kaan məni yordu, Mehmet xoşbəxtlik verdi" - Hadisə

Aktyor Kaan Yıldırımla 1,5 illik münasibətinə son qoyan müğənni Hadisə hazırda yeni sevgilisi, iş adamı Mehmet Dinçerlerlə xoşbəxtdir.

İfaçı dostları ilə söhbət zamanı Mehmetin onu çox xoşbəxt etdiyini söyləyib.

Mənbə bildirib ki, Hadisə hazırda uzun müddətdir olduğu depressiyadan çıxıb:

"Məni çox xoşbəxt edir, şahzadələr kimi hiss edirəm. Müharibədən çıxmış kimiyəm. Kaan məni çox yordu. Bu ərəfədə uzun müddət münasibət istəməzdim, amma Mehmet həyatıma elə girdi ki... İlk baxışda eşq oldu" deyə, müğənni söyləyib.

Hadisə aktyorla aylar əvvəl münasibətlərinə son qoymağı istədiyini bildirib. "Hər şeyi yoluna qoyaq" deyə, yalvardı. Son olaraq mənə, ailəm mediada çıxsın istəmirəm dedi. Hər işimə qarışırdı, fotolarıma, sosial mediadakı paylaşımlarıma fikir bildirirdi. Ona mesaj yazdım və dözə bilmədiyimi dedim" deyə, ifaçı əlavə edib.