Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Şirvanda vətəndaşları qəbul edəcək.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, qəbul aprelin 30-da saat 11:00-da xidmətin Şirvan şəhər şöbəsinin inzibati binasında (Şirvan şəhəri, H. Əliyev pr. 4) olacaq. Qəbulda Hacıqabul, Salyan, Neftçala, Kürdəmir, Sabirabad, Saatlı rayon və Şirvan şəhər sakinləri iştirak edə bilərlər.
Qəbula yazılmaq istəyən vətəndaşlar 29 aprelədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qəbul üçün nəzərdə tutulan rayon şöbələrinə müraciət etməlidir.
