|
Robot düzəldənlər, İspaniyaya tələsənlər və dünyanın ən yaxşıları arasında olmaq üçün mücadilə verənlər…

90-cı ilin təhsil mühitini xatırlayan orta nəsil bu universiteti innovativ yenilikləri, şəffaflığı, Qərbyönümlü təhsil ənənələri ilə xatırlayır.

1991-ci ildə əsası qoyulan Qərbi Kaspi Universiteti (ovaxtkı adı Qərb Universiteti) 90-cı illərdə təhsil sahəsinin flaqmanlarından, ən prestijli təhsil müəssisələrindən olub desək, qətiyyən mübaliğəli səslənməyəcək.

2000-ci illərin əvvəllərində fəaliyyətində bir qədər ətalət hiss olunan bu ali təhsil ocağının 2017-ci ildən etibarən “ikinci nəfəs”i açılıb.

Son illərdə infrastruktur və maddi-texniki bazasını əhəmiyyətli dərəcədə yaxşılaşdıran universitet təhsil proqramlarını da müasir çağırışlara, qabaqcıl təcrübəyə uyğunlaşdırmağa nail olub, yerli və xarici peşəkar mütəxəssisləri işə cəlb edib, beynəlxalq əlaqələrini yeni fazaya keçirib.

Beləliklə, Qərbi Kaspi Universitetindən reportajımızı təqdim edirik.

Daha müasir

Universitetin əsas tədris binası İçərişəhər metrosu yaxınlığında, İstiqlaliyyət 27-də yerləşir. 2016 və 2017-ci illərdə isə Əhməd Rəcəbli küçəsində universitet daha iki müasir binasını istifadəyə verib. Hər iki bina olduqca yüksək infrastruktura, maddi-texniki bazaya malikdir. Burada mühəndislik ixtisasları üzrə keyfiyyətli kadr hazırlığının təmin olunması məqsədilə Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi, onun nəzdində Texnopark qurulub. Universitet unikal laboratoriya və mərkəzlərlə, eləcə də qurğularla, komputerləşdirilmiş sistemlərlə təchiz olunub.

Praktikada öyrənmə

Universitetin Texnoparkında tələbələr mühədislik və robototexnikanın ayrı-ayrı istiqamətləri üzrə praktik biliklərə yiyələnirlər. Burada hazırlanan layihələr artıq bir çox müsabiqələrdə uğurlar qazanıb. Texnopark ötən illərdə çox sayda yarış və müsabiqələr evsahibliyi edib. (Məktəblilər arası Lego yarışı: