|
Ucarda idarə həyətində yeni doğulmuş oğlan uşağı tapılıb

Ucarda yeni doğulmuş uşaq tapılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün səhər saatlarında rayon ərazisində fəaliyyət göstərməyən idarənin həyətində mal-qara otaran yerli sakin tərəfindən beşikdə yeni doğulmuş körpə oğlan uşağı tapılıb.

Uşaq ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.