|
Gəncədə yeniyetməni avtomobil vurub

Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan minik maşını yolu keçmək istəyən 2009-cu il təvəllüldü Ağayev Kamal İman oğlunu vurub. Yeniyetmə dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirlir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.