|
Mançini: "Finaldan zövq almalıyıq"

İtaliya millisinin baş məşqçisi Roberto Mançini Avro-2020-nin finalında İngiltərə ilə oyun öncəsi fikirlərini bildirib.

Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, o, matçdan zövq almağa çalışacaqlarını deyib:

“Çox diqqətli olmalıyıq. Oyundan zövq almalıyıq, çünki bu, futbol matçıdır. Gərgin və stressli olsanız, futbol oynaya bilməzsiniz. Rəqibə təzyiq göstərməliyik. Eyni zamanda hər şeydən zövq almağa çalışmaq finalı qazanmağın yeganə yoludur".

Mançini bildirib ki, İngiltərə əla komandadır: "Əlbəttə ki, matçlar sona qədər oynanılmalıdır. İngiltərə əla komandadır, fiziki və texniki cəhətdən güclüdürlər, mübarizə aparırlar. Biz də sona qədər mübarizə etməli olacağıq".

Qeyd edək ki, sabah keçiriləcək İtaliya - İngiltərə oyunu Bakı vaxt ilə saat 23:00-da başlayacaq.