Bakıda narkotik satışı ittihamı ilə həbs edilən şəxs bəraət alıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik satışına görə həbs edilən şəxs hakim qarşısına çıxarılıb.
Təqsirləndirilən Nağıyev İbrahim Məmməd oğlunun cinayət işi üzrə məhkəmə araşdırması hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutub.
Məhkəmə araşdırması zamanı onun əməli sübuta yetmədiyi üçün İbrahim Nağıyev barəsində bəraət hökmü çıxarılıb.
Qeyd edək ki, İ.Nağıyevə qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitə əldə etmə və satma) maddələri ilə ittiham irəli sürülüb.
