Milli Məclisin növbədənkənar sessiyası Birinci vitse-spiker Əli Hüseynlinin sədrliyi ilə başlayıb. Cari məsələlər ətrafında çıxış edən deputat Nigar Arpadarai şəhid ailələri və qazilərin sənədləşmə ilə bağlı üzləşdikləri problemlərdən bəhs etdi.
Deputa dedi ki, bir sənəd almaq üçün ailələr qapı-qapı gəzməli olurdu. Bu mənada vahid əlaqələndirmə ilə bağlı mərkəzin yaradılması çox yerində atılan addım oldu. COVİD pasportlarının tətbiqi ilə bağlı danışan N.Arpadarai bildirdi ki, xəstəlikləri olan, şəxsi qərarı ilə pasportu olmayan gənclər müvafiq mərkəzlərə daxil ola bilmirlər: “Bu, nə dərəcədə doğrudur?”
Deputat mütləq şəkildə burada məlumatlandırma işlərinin aparılmasını zəruri saydı: Dünyada təkrar yoluxma halları 1 faizdən azdır. Belə olan halda əlavə vaksinasiya və COVİD pasportlarının tətbiqi nə dərəcədə doğrudur?” Deputat Operativ Qərargaha xitabən “bu məsələ ilə bağlı ciddi əsaslandırmaya ehtiyac var”, - deyə bildirdi.
