Ukrayna baş naziri Denis Şmıqal öz silahlı qüvvələrini Avropanın ən güclü və peşəkar ordularından biri hesab etdiyini bildirib.
Bu barədə “LRT” agentliyi məlumat yayıb.
Ukrayna hökumət başçısının sözlərinə görə, bu təkcə rəsmi Kiyevin apardığı islahatlardan irəli gəlməyib, həm də ordunu hazırlaşdıran və yetişdirən Şimali Atlantika Alyansındakı müttəfiqlərin əməyi sayəsində olub. “Bu gün əminliklə Ukraynanın istənilən dövlətin təcavüzünü dəf etməyə qadir olduğunu söyləmək olar”, - deyə Dens Şmıqal qeyd edib.
Ukrayna baş naziri 2015-ci ildən etibarən Yavorovsk mərkəzində 19 min ukraynalı hərbi qulluqçunun NATO standartlarına uyğun təlim keçdiyini vurğulayıb. Ukraynalı siyasətçi özünün Avroatlantik məkana inteqrasiya ilə bağlı mövqeyini “dəyər seçimi” adlandırıb. Onun fikrincə, bütün bunların nəticəsində “SeaBreeze 2021” adlı ölkə tarixində ən böyük hərbi təlimləri keçirmək mümkün olub.
Xatırladaq ki, bu ilin iyun ayında prezident Vladimir Zelenski Qərb ölkələrinin Donbasda rus işğalı ilə bağlı Ukraynanı dəstəkləməyi kəsməsi halında Avropanın ən güclü ordusunu quracaqlarını və problemi özlərinin həll edəcəyini söyləmişdi.
