|
Azərbaycanlı əsirlərə işgəncə verən ermənilərin məhkəməsi davam edir (FOTO)

Bu gün Yasamal rayon Məhkəməsində birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi məhkəmə prosesi davam etdirilir.

Trend-in məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi başlayıb.

Qeyd edək ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qanunsuz fəaliyyət göstərən erməni separatçı rejiminin silahlı birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə Hərbi Prokurorluqda cinayət işinin istintaqı zamanı əsirlərin və beynəlxalq humanitar hüquqla müdafiə olunan digər şəxslərin girov saxlanması, onlara işgəncə verilməsi, qəddar və qeyri-insani rəftar edilməsi faktları müəyyən olunub.

Belə ki, istintaqla müəyyən edilib ki, Ermənistan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan, habelə Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış silahlı qrupların fəaliyyətində iştirak edib onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 1991-ci ilin iyul ayında Xocalı şəhəri yaxınlığındakı “Ballıca” adlandırılan meşədə girov götürüb qanunsuz olaraq azadlığı məhdudlaşdırılan Azərbaycan vətəndaşına, habelə 13 sentyabr 1999-cu il tarixdə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində girov götürülərək Ermənistan Respublikasının İrəvan şəhərinə gətirilmiş və həmin şəhərdə yerləşən hərbi hissələrin birində qanunsuz saxlanılan mülki şəxsə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən sorğu-sual edilən zaman tərcüməçi kimi iştirak edərkən işgəncə verib.

İstintaqla o da müəyyən olunub ki, Lüdvik Mkrtiçyan tərəfindən daha 11 nəfər əsir götürülüb. Azərbaycan vətəndaşının müxtəlif vaxtlarda Xocavənd və Ağdərə rayonları ərazisində, Şuşa həbsxanasında və Ermənistanın İrəvan şəhərində qanunsuz saxlanıldığı yerlərdə döyülərək müxtəlif xarakterli işgəncələrə məruz qaldığı və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusunun avtomat silahdan atəş açılaraq öldürüldüyü müəyyən edilib.

Lüdvik Mkrtiçyan 20 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun Məlikcanlı kəndi ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən saxlanılaraq ələ keçirilib.

Aparılan istintaq tədbirləri nəticəsində Lüdvik Mkrtiçyanla birlikdə azərbaycanlılara qarşı amansız rəftar edərək onlara işgəncələr vermiş Ermənistan Respublikasının vətəndaşı, 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin də cinayətkar əməlləri ifşa olunub.

İstintaqla Alyoşa Xosrovyanın 5 nəfər azərbaycanlıya əsirlikdə olduqları müddətdə işgəncə verməsi, onlarla qəddar və qeyri-insani rəftar etməsi müəyyən edilib.

Belə ki, Alyoşa Xosrovyan 1994-cü ilin aprel ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsir düşmüş sabiq əsgərini Xocavənd rayonunun Mısmına (Ağbulaq) kəndindəki yaşayış evlərinin birində qanunsuz olaraq saxlanılan zaman, qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri Babayan Samvel Andranikoviç üçün həmin kənddə evin tikintisində ağır işlərin görülməsinə məcbur edib ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Bundan başqa, Alyoşa Xosrovyan Azərbaycan Silahlı Qüvvələrinin 1993-1994-cü illər ərzində əsir düşərək Şuşa şəhər həbsxanasında qanunsuz olaraq saxlanılan əsgərlərinə qarşı da xüsusi qəddarlıq nümayiş etdirərək onlara mütəmadi olaraq döymə, ac-susuz saxlama, fiziki və psixi iztirablar yetirməklə işgəncə verib.

Alyoşa Xosrovyan Azərbaycan Respublikasının ərazisində kəşfiyyat xarakterli hərəkətlər apararkən 03 oktyabr 2020-ci il tarixdə Azərbaycan silahlı bölmələrinin hərbi qulluqçuları tərəfindən ələ keçirilib.

Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın Cinayət Məcəlləsinin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən onlara həmin maddələr üzrə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

20.05.2021-ci il tarixdə tarixdə iş üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Hazırda cinayət işi üzrə digər şəxslərin cinayətkar əməllərinin ifşa edilərək məsuliyyətə cəlb olunması istiqamətində kompleks tədbirlər davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğu bəyan edib ki, Ali Baş Komandan İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq törədildiyi vaxtdan asılı olmayaraq sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətmiş şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcək.

 
Xorvatiyaya turist axını 40 faiz artıb
Xorvatiyaya turist axını 40 faiz artıb
Bu ilin birinci rübündə dünya aviaşirkətləri 17 milyon dollardan çox itkilərlə üzləşib
Bu ilin birinci rübündə dünya aviaşirkətləri 17 milyon dollardan çox itkilərlə üzləşib
"Courtyard by Marriott" Azərbaycanda debüt edir (FOTO)
"Courtyard by Marriott" Azərbaycanda debüt edir (FOTO)
 
Баку, Азербайджан
BAK
 
 
 
 
 
1 пассажир
эконом
 
powered_by
 
Loading Bars
XƏBƏR LENTİ
Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatası fəaliyyətə başlayıb
Pakistan şirkətlərinin Qarabağa investisiya qoymaq potensialı var - Səfir
Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Sankt-Peterburqa yola düşüb (FOTO)
Bu yolda hərəkət qismən məhdudlaşdırılır
Bakıda Azərbaycan-Türkiyə Enerji Forumunun keçirilməsi planlaşdırılır (FOTO)
Azərbaycanda iki zavod özəlləşdirilməyə çıxarılıb
“AccessBank” yay təcrübə proqramına start verir
Paytaxtda yeni velosiped yolları çəkilib (FOTO)
Azərbaycanlı əsirlərə işgəncə verən ermənilərin məhkəməsi davam edir (FOTO)
Gəncədə yabanı çətənə kolları məhv edilib
Peşə liseyinin direktoru barəsində cinayət işi məhkəməyə göndərilib
Almaniya Ermənistana ekoloji terrorun törədilməsində dəstək verir - Deputat
Türkiyə Azərbaycana 100 min qutu dərman göndərəcək
Dağ kəndlərində yeni nəsil kombaynlarla biçin aparılır (FOTO)
Zəfər Yolunun asfaltlanması işlərinə başlanılıb (FOTO)
BNA Bakıda tıxac yaranan yolları açıqladı
İyulun 7-də xarici valyutaların manata qarşı məzənnələri
Yaponiyada leysan yağışlara görə 140 minə yaxın insan təxliyə ediləcək
Argentina və Braziliya yığmaları futbol üzrə Amerika Kubokunun finalında oynayacaq
Bu il su ehtiyatı ötən ilkindən çoxdur - "Azərsu"
Rusiyada "An-26" təyyarəsinin qəzasında ölənlərin cəsədlərinin sudan çıxarılmasına başlanılıb
Rusiya Azərbaycana uçan hava marşrutlarının siyahısını genişləndirib
Türkiyədə son sutkada koronavirusdan 4 446 nəfər sağalıb
ABŞ-da evin çökməsi nəticəsində ölənlərin sayı 36-ya yüksəlib
Azərbaycanın Ermənistanla sərhəd zolağında yanğın baş verib
Tokio Olimpiadası zamanı stadionlara 5 mindən çox tamaşaçı daxil ola bilməyəcək
Avro-2020: İtaliya millisi Avropa çempionatının ilk finalçısı oldu
"Avroüçlüyü" İranın zənginləşdirilmiş uranı istehsal etmək qərarından narahatdır
Bakıda kanalda batan şəxsin meyiti tapılıb (ƏLAVƏ OLUNUB)
Nyu-Yorkda silahdan istifadəsi ilə bağlı cinayətlərə görə fövqəladə vəziyyət elan edilib
İran metal uranın 20 faizədək zənginləşdirilməsi barədə AEBA-nı məlumatlandırıb
Ermənistanla əlbir olan Almaniya hökuməti Oxçuçay terrorunu ört-basdır etməyə çalışır
Cənubi Koreya sualtı platformadan yerli balistik raketini sınaqdan keçirib
Kolumbiya prezidenti Ivan Duke Azərbaycan səfirinin etimadnaməsini qəbul edib (FOTO)
Anar Kərimov Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani ilə görüşüb (FOTO)
Füzuli və Zəngilan üzrə mina xəritələrinin Azərbaycana verilməsi növbəti uğurdur - Deputat
İdarələrarası Mərkəzin “Ekoloji məsələlər üzrə” və “Enerji təminatı məsələləri üzrə” işçi qruplarının Ağdamda birgə iclası keçirilib (FOTO)
Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib
Şabranda narkotik tərkibli bitkilər aşkarlanıb (FOTO)
Azərbaycan Ordusunun hərbi qulluqçusu yaralanıb
Mingəçevirdə 5 yaşlı uşaq Kürdə boğularaq ölüb
Qazaxıstan şirkətləri azad edilmiş ərazilərimizin bərpasında iştirakda maraqlıdır (FOTO)
Hazırkı fikir ayrılıqları fonunda OPEC+ üçün 4 ssenari
Oxçuçayın çirkləndirilməsində alman şirkətlərinin iştirakı nəyə dəlalət edir?
Azərbaycan jurnalistləri bəyanat yayıb
"AzerGold" 2025-ci ildən dövlət büdcəsindən asılılığın aradan qaldırılmasını planlaşdırır
Alman şirkətinin Oxçuçayı çirkləndirməsinə Almaniya hökuməti göz yumur - Naqif Həmzəyev
UNEC QS beynəlxalq reytinq şirkətinin mükafatı ilə təltif edildi (FOTO)
Müəllimlərin test imtahanı üzrə apelyasiya müraciətlərinin qəbuluna başlanılıb
Beynəlxalq ətraf mühit təəssübkeşləri Ermənistanın ekoloji terroruna etinasız yanaşırlar - Sevil Mikayılova
İyulun 7-nə USD/AZN rəsmi məzənnəsi
Azərbaycana tədarük edilən "Sputnik V" vaksini effektivdir və özünü doğruldur - Rusiyalı nazir
Ermənilər işğal müddətində Azərbaycan ərazilərində təbiət abidələrinin çoxunu məhv edib - Sektor müdiri
2020-ci ildə Azərbaycanın ÜDM-də dağ-mədən sektorunun payı artıb - "AzerGold"
Bərdədə sanitar-gigiyenik qaydalara riayət etməyən müəssisə aşkarlandı
Rusiya səhiyyə naziri Seçenov Universiteti Bakı filialının Təlim və Simulyasiya Mərkəzinin yaradılan şəraitlə tanış olub (FOTO)
YAP Gənclər Birliyi Ermənistan tərəfindən Oxçuçayda suyun çirklənməsi ilə əlaqədar Bəyanat verib (FOTO)
Daha bir marşrutun hərəkət sxeminə dəyişiklik edilib
Azərbaycan və Türkiyə HHQ-i arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib (FOTO/VİDEO)
Ağdamda yeraltı və yerüstü sulardan istifadə ilə bağlı kəşfiyyatlara başlanılıb
"Qarabağ" gəmi-bərəsi təmirdən sonra istismara qaytarılıb
Daha 4 rayon üzrə “Məktəb hesabatları” dinlənilib
ABŞ və Ukraynadakı soydaşlarımız "Greenpeace" beynəlxalq təşkilatına müraciət ediblər (FOTO)
İkinci Qarabağ müharibəsindən sonra bir sıra humanitar məsələlər həll olunmamış qalır – ATƏT
Daha bir marşrut xətti "BakuBus"a verildi
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
Paşinyan Rusiyaya gedir
Azərbaycanda 78 nəfər COVID-19-a yoluxub, ölən yoxdur
Meşələrin elektron xəritəsi hazırlanır
160 min medaldan yalnız 13 min 300 medal aidiyyəti üzrə təqdim olunub - Müdafiə Nazirliyi
Qarabağ enerji strategiyası hazırlanıb (FOTO)
Liseyin direktor müavininin cinayət işi məhkəməyə göndərildi
AQTA bir neçə müəssisədə pozuntular aşkarladı
Bəzi rayonlarda suvarma suyunun verilməsinə limit qoyulub (ÖZƏL)
Ticarətdən tikintiyə gələn usta ilə söhbət (FOTO)
Dövlət Gömrük Komitəsinin sədri iranlı həmkarı ilə görüşüb (FOTO)
Artıq Rusiyadan Azərbaycana 200 min doza "Sputnik V" vaksinin göndərilib - Teymur Musayev
Ağdaşda taxıl yanğınlarına qarşı müşavirə keçirilib
Saatlının Nərimanov kəndində içməli su xətti çəkilir (FOTO)
Albayrak Group-un nümayəndələri Xaçmaz rayonuna səfər edib (FOTO)
ƏƏSMN-də Serbiya nümayəndə heyəti ilə ikitərəfli görüş olub (FOTO)
Paralimpiyaçıların Tokio 2020-yə qazandıqları lisenziya sayı 34-ə çatıb
Azərbaycan özəl təşkilatların beynəlxalq avtomobil daşımalarında iştirak mexanizmini təkmilləşdirir - Rəşad Bayramov (Müsahibə)
Azərbaycan və Rusiya səhiyyə sahəsində əməkdaşlıq sazişi imzaladı (FOTO)
ABŞ Azərbaycanın Ermənistanla məhbus və mina xəritəsi mübadiləsini alqışlayır
Bu günə qədər idman zallarında ciddi qayda pozuntusuna rast gəlinməyib - Nazirlik
Odlar Yurdu Universiteti doktorantura və dissertanturaya qəbul elan edir
Amerikalı videobloqqer işğalın ağır nəticələrindən danışdı
Vüqar Səfərli və KİVDF-nin həbs edilən digər əməkdaşlarının işi məhkəməyə göndərildi
Əlaqələndirmə Qərargahının ekoloji məsələlər və enerji təminatı ilə əlaqədar işçi qruplarının birgə iclası keçirilib (FOTO)
SOCAR Ukraynaya 4 min tona yaxın Litva benzini tədarük edib
Ölkə birincisi UNEC məzunu oldu! (FOTO)
Nazirlik sərhəddə atışma olması barədə Ermənistanın yaydığı məlumata aydınılq gətirdi
Sübut olundu ki, Azərbaycan əsirlərə qətiyyən işgəncə verməyib - Naqif Həmzəyev:
Hakatonun qalibləri elan edilib (FOTO)
Azərbaycan Ordusunda ehtiyata buraxılan hərbi qulluqçuların yola salınması mərasimi keçirilib (FOTO/VİDEO)
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşüb
Dünyanın ən enli küçələrindən ikisi Ağdamda olacaq - Prezidentin xüsusi nümayəndəsi
Azərbaycanın İsveçdəki səfiri ölkəmizin “Avro-2020”nin oyunlarına ev sahibliyinə kölgə salmağa çalışanları ifşa edib
Əlilliyə görə pensiyalarda artım gözlənilir (ÖZƏL)
BÜTÜN XƏBƏRLƏR
Trend Logo White