18 illik həyat yoldaşı tərəfindən xəbərdarlıq edilmədən azyaşlı övladı ilə birlikdə küçəyə atıldığını iddia edən İlhamə Bədəlova çarəsiz qalıb.
Bədəlovanın sözlərinə görə, məhkəmənin müvafiq qərarına əsasən icra məmurları tərəfindən evinin qapısı döyülüb, sındırılıb və telefonu əlindən alınıb.
Baku.tv-nin hazırladığı reportaja görə evdəki əşyaları tam çıxarmadan icra məmurlarının qapının kəsilən hissəsini qaynaqlayaraq bağlayıb, ərazidən uzaqlaşdıqlarını deyən şikayətçi biri azyaşlı olmaqla iki övladı ilə küçədə qalıb.
Vəkillər Kollegiyasının üzvü Yusif İsmayılov məsələyə münasibətində qeyd edib ki, xəbərdarlıq etmədən həmin şəxsin mənzilinə daxil olunubsa, bu, “İcra haqqında” Qanunun tələblərinə ziddir və vətəndaşın icra məmurunun hərəkətlərindən müvafiq qurumlara müraciət etmək hüququ var.
