|
Jirinovskidən mühüm anons

Elə bu vaxt Ermənistanın əsas söykənəcəyi laxlayıb. Düzdü bunu qəribə siyasətçi Vladimir Jirinovskiy edib. Amma biz Rusiyada gedən proseslərin sinoptiki rolunu məharətlə ifa edən Vladimir Volfoviçin çıxışlarının davamında maraqlı və bir qayd olaraq Vladimir Putinin etmək istədiklərinin anonsunu gördüyümüzdən fakt üzərində xüsusi dayandıq. Jirinovski Dumanın “soyqırımı” bəyanatının mətni ətrafında danışarkən ermənilərə və erməniliyə qiymət verib və bu qiymət yalnız redaktə xarakteri daşımayıb. Nəzərə alsaq ki, Bu həmin O Jirinovskidir ki, bir neçə il əvvəl erməniləri Rusiyanın ən yaxın dostu və müttəfiqi hesab etdiyini gizlətmir, seçim qarşısında qalarsa Rusiyanın Ermənistanı mütləq müdafiə etməli olduğunu deyirdi. Beləliklə danışır Vladimir Jirinovski. Xüsusi olaraq ermənilər üçün!

“Biz bu hadisənin tanınması faktı ilə bağlı bütün hisslərimizi artıq bölüşmüşük. Əlbəttə, qardaş Ermənistan haqqında yazmaq üçün bir əsas da görmürəm. Siz yəqin ki, bilirsiniz - 1991-ci ildə daha çox rus Ermənistandan qovulub. Bu gün o, ən təkmillətli respublikadır. Ermənistandan başqa, hər yerdə ruslar və digər xalqların nümayəndələri var. Bu sözlərimi yazmaq lazım deyil. Yaxşı ölkədir, bizim münasibətlərimiz normaldır. Amma bura daha sərt məna qoymaq lazımdır. 

Cia.az