|
Bioloqlar koronavirusun mutasiyasının səbəblərini açıqladılar

ABŞ-ın Virciniya ştatında yerləşən Corc Meyson adına Sistemli biologiya məktəbinin professoru Ança Baranova koronavirusun mutasiya etməsinin səbəbini tapdıqlarını iddia edib.

Bu barədə “V1” portalı məlumat yayıb.

Professor koonavirusun əvvəlcə, “alfa”, daha sonra “beta”, “qamma”, ən sonda isə “delta” və “delta+” varaintlarının ortaya çıxdığını xatırladıb. Baranovanın sözlərinə görə, son versiya əvvəlkilə üzərində qəti qələbə qazanıb. İndi müxtəlif ölkələrdə müxtəlif ştammlar arasında mübarizə başlayıb. Hətta Peruda “lambda” adlı ən yeni koronavirus növünün ortaya çıxdığı məlum olub.

“Virusun evolyusiyası (təkamülü) çoxalmaq üçün lazım olan damarların sayına müvafiqdir. Bu “damarlar” isə təəssüf ki, bizlər və sizlərik. Məhz ona görə infeksiyaya yoluxmuş xəstələrin sayı artır.

Ança Baranova müalicə zamanı qlükokortikostereoidlərdən istifadə olunmasını da yeni ştammların yaranmasının ikinci səbəbi olaraq göstərib.