|
Məşhur rus aparıcı istirahət üçün Bakıya gəldi - Fotolar

Rusiyanın məşhur aparıcısı Ksenya Sobçak tətil üçün Azərbaycanı seçib.

 

Axşam.az xəbər verir ki, o, çimərlikdən görüntülərini İnstaqram izləyiciləri ilə bölüşüb.

Sobçak "Çimərlik mövsümünü Bakıda açdım. Bura çox da pis deyil: böyük çimərliklər və külək -  heç vaxt isti deyil" deyə, paylaşımında qeyd edib.

Aparıcı bildirib ki, bu, Bakıya ilk səfəri deyil. O, bundan əvvəl 2013-cü ildə də Bakıda dincəlməyə gəlib.