Nepaldakı güclü zəlzələ ölkə prezidenti Ram Baran Yadavı gecəni küçədə, çadırda keçirməyə məcbur edib. Onun mühafizəçiləri qonşu çadırda məskunlaşıb.
Prezidentin cangüdənlərinin sözlərinə görə, XIX əsrdə tikilmiş prezident sarayı növbəti təkanlara dözməyə bilər.
Yerli KİV-in məlumatına görə, Ram Baran Yadav paytaxt Katmandunun küçələrində, çadırda qalmaqda davam edir.
Cia.az
