|
Metroda yeni aparatlar quraşdırılır -
“Bakı Metropoliteni” QSC-nin metrostansiyalarında hesabın doldurulması və keçid üçün yeni terminal və turniketlərin quraşdırılmasına başlanıb.
Hazırda Metropolitenin 20 Yanvar stansiyasında yeni avadanlıqların quraşdırılması prosesi həyata keçirilir.
Məlumata görə, yeni kartın qiyməti 2 manat olacaq və onlar ilkin mərhələdə hazırda istismarda olan kartlarla yanaşı istifadə ediləcək. Sonrakı mərhələdə köhnə kartlar vətəndaşlardan təhvil alınacaq.

 

 

 

Cia.az