“Bu gün Şuşa həbsxanasının videogörüntüləri yayıldı. Həbsxana çar dövündən fəaliyyət göstərir. Amma hesab edirəm ki, mədəniyyət paytaxtımızda həbsxana olmamalıdır”.
Musavat.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Aydın Mirzəzadə öz sosial şəbəkə hesabında paylaşıb.
O, həbsxananın Şuşadan köçürülməsini təklif edib:
“Düzdür, həyat varsa, təəssüf ki, cinayətlər və onun cəzasını çəkənlər də olacaq. Ancaq həbsxananın yeni Şuşadan köçürülməsi düzgün olardı. Bu məsələ üçün başqa bir regionda müasir tələblərə uyğun müəssisə inşa etmək olar”.
Deputatın sözlərinə görə, Şuşa özünün tarixi, mədəniyyət inciləri və müasir bu günü ilə tanınmalıdır.
Qeyd edək ki, Azərbaycan Televiziyası Şuşa həbsxanasından videoreportaj hazırlayıb.
Sözügedən reportajı təqdim edirik:
