|
Doğuşu izlədi, yenidən ata olmaq istəmədi

Qızları Alinanı yeni dünyaya gətirən Almeda Abazi aktyor həyat yoldaşı Tolqahan Sayışmanın yenidən ata olmaq istəyindən danışıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, A.Abazi aktyorun doğuşu izlədikdən sonra bu qərarından imtina etdiyini deyib:

 

"Tolqahan doğuşdan çıxan kimi "Sənə yazığım gəldi, qıymaram, bitdi. Bir də məcbur etmərəm". 

Almeda Abazi beləliklə, üçüncü uşaq hekayəsini bağladıqlarını söyləyib.