|
Bakıda daş karxanasında bir nəfər bıçaqlanıb

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Məhəmmədi qəsəbəsində qeydə alınıb. Daş karxanasında 1980-ci il təvəllüdlü Əliyev Zamiq Gülağa oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.