|
Beyləqanda zəlzələ olub

Bu gün Beyləqanda 3 maqnitudalı zəlzələ olub.

APA-nın Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 20:52-də qeydə alınan zəlzələnin ocağı 16 km dərinlikdə yerləşib.

Zəlzələ hiss olunmayıb.