|
Fici sahillərində 6,1 bal gücündə zəlzələ qeydə alınıb

Fici arxipelaqı yaxınlığında 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri Ficinin paytaxtından 470 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 605,6 km dərinlikdə olub.

Sunami təhlükəsi barədə məlumat verilməyib.