Fransa prezidenti Emmanuel Makron Amerika üslublu mədəniyyətin ölkəsində yaratdığı təhdidlərdən bəhs edib.
Bu barədə o, “Elle” jurnalına verdiyi müsahibədə danışıb.
Fransa prezidentinin fikrincə, ölkədəki problemlər hazırda ABŞ-da olduğu kimi daha çox irqi nöqteyi-nəzərdən şərh olunur ki, bu da olduqca təhlükəlidir. Emmanuel Makron “sürüşkən irqçi və şəxsiləşdirmə siyasətinin” fransız cəmiyyətini “sındıracağını” söyləyib.
“Mən görürəm ki, bizim insanlar indi irqi məsələlərə daha çox aludə olmağa başlayıblar”,-deyə Fransa lideri narahatlığını dilə gətirib.
E.Makron hazırda amerikan akademik dairələrində populyar olan “interseksionallıq” anlayışını da hədəfə alıb. Sözügedən anlayış ayrı-seçkiliyi və kasıblıği yalnız irq və cinsiyyət kimi sosial kateqoriyalardan gözdən keçirir. “Bu cür kəsişməcilik hər şeyi pozmaqdan başqa bir şeyə yaramır”,-deyə o, vurğulayıb.
“Mən universalizmin tərəfdarıyam. Ona görə də hər kəsi şəxsiləşdirməyə və xüsusiləşdirməyə sövq edən mübarizəyə qarşıyam. Sosial çətinliklər təkcə cins və dərinin rəngi ilə deyil, həm də sosial qeyri-bərabərlik və ədalətsiziklə izah olunmalıdır”,-deyə Franda lideri sonda qeyd edib.
