|
"Türkiyə qondarma "baba"ların "qanun" qoyduğu ölkə deyil" -

"Daxili işlər nazirimiz Süleyman Soylu və dostumuz Binəli Yıldırımın yanında olduq, yanındayıq və yanında olacağıq".

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan, Birləşmiş Ərəb Əmirliklərində gizlənən mütəşəkkil cinayətkar şəbəkə başçısı Sedat Pekərin Türkiyənin dövlət və hökumət adamlarına qarşı yönəltdiyi ittihamlara münasibət bildirib.

"Cinayət şəbəkələrini 19 il boyunca əllərindəki bütün imkanları alaraq bir-bir çökdürdük. Bir vaxtlar ölkənin 4 bir yanında peyda olmuş, özlərini qondarma ləqəblərlə təqdim edən, "baba"ların "qanun" qoyduğu Türkiyəni hüquqdan başqa yöntəmlərin keçərli olmadığı bir səviyyəyə gətirdik. Son 3 il yarımda 530 min əməliyyat keçirərək, 750 min narkotik şübhəlisini saxlanılıb, onlardan 85 mini həbs olunub.

Cinayətkar şəbəkə mənsubları dünyanın harasına qaçırlar qaçsınlar təqib edirik. Daxili İşlər nazirimiz Süleyman Soylunu hədəf alan hücumların arxasında ölkəmizdə formalaşdırılan əmin-amanlıq və inam mühitindən duyulan bir narahatlığın olduğunu bilirik. Terror təşkilatları kimi, cinayətkar şəbəkələrlə də mücadiləsində Daxili İşlər Nazirliyimizin yanında olduq, yanındayıq və yanında olacağıq. Binəli Yıldırım dostumuzun da oğlu üzərindən hədəf alınması əsl niyyəti gpstərən bir başqa işarədir.

Bu vaxta kimi necə şəxsimiz, partiyamız və dostlarımız üzərindən ölkəmizə yönələn heç bir hücuma imkan vermədiksə, bu planı da Allahın izni ilə pozacağıq, kimsə narahat olmasın. Buradan səslənirəm, Bay Kamal, Bayan Meral burdan sizə çörək çıxmaz, boş yerə çalışmayın. Millətimizi terror təşkilatlarına, cinayət şəbəkələrində, Türkiyə düşmənlərinə təslim edənlərə haqq etdikləri cavabı hər yerdə verir və verəcək", - deyə Ərdoğan qeyd edib.