Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb.
Layihə barədə danışarkən Biricni vitse-spiker Əli Hüseynli bildirdi ki, Prezidentin müvafiq fərmanında hakimlərin sayının artırılması nəzərdə tutulur: “Bu, hakimlərin iş yükünün azaldılması məqsədi daşıyır”.
Sədr müavini qeyd etdi ki, bu ilin fevral ayında 44 yeni hakim təyin olunub: “44 hakim hazırlıq mərhələsindədir. Hakimlərin seçilməsi prosesi davamlı şəkildə gedir. Ümumilikdə, Prezidentin fərmanın tətbiqi ilə bağlı 2 il ərzində çox ciddi işlər gedir. Bu ilin payızında hakim korpusunun sayı kifayət qədər artmış olacaq”.
Ə.Hüseynli onu da bildirdi ki, Azərbaycanda pulsuz hüquqi yardımla bağlı qanun layihəsinin təqdim olunması nəzərdə tutulur.
