|
Kömək lazımdır dedi-

Nepalda baş verən 7,9 bal gücündə zəlzələdən sonra ölkənin informasiya naziri Minendra Rijal beynəlxalq yardım təşkilatlarının dəstəyinə ehtiyacları olduğunu bildirib. 

Müraciətdən sonra Türkiyənin xilasetmə işçiləri, yardım təşkilatları və beynəlxalq həkimlər birliyinin üzvlərindən ibarət 51 nəfərlik qrup İstanbuldan Katmanduya yola düşüb. 
Xilasedici qrupun rəhbəri Can Avcı hava limanında jurnalistlərə açıqlama verərkən deyib: “Nepal hökumətinin çağırışına laqeyd qalmayıb, Nepala gedirik. 3 tonluq xilasetmə avadanlığı, düşərgə üçün lazım olan əşyalar aparırıq. Çətin vəziyyətdə olan insanlara kömək etmək borcumuzdur”.
Cia.az