|
Oğluna və gəlininə balta ilə zərbələr endirən şəxs hakim qarşısında - Barışıblar

Oğluna və gəlininə balta ilə xəsarətlər yetirən şəxs hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham edilən Mehdi İsmayılovun cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İlkin məlumata görə, Sabunçu rayonu ərazisində Rəşad İsmayılov və Cəmalə Babayevaya balta zərbələri vurularaq xəsarətlər yetirilməsi barədə Sabunçu rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla Mehdi İsmayılovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı oğlu Rəşad İsmayılovu və gəlini Cəmalə Babayevanı balta zərbələri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdır.

Hadisənin əmlak üstündə başlayan mübahisə zamanı baş verdiyi bildirilir.

Məhkəmədə o da məlum olub ki, zərərçəkmiş tərəf M.Ismayılovu bağışlayıb

M.Ismatılovun vəkili bildirib ki, müdafiə etdiyi şəxs qarşı irəli sürülmüş ittiham ağırdır. Vəkilin sözlərinə görə M.İsmayılovun hər iki şəxsi öıdemrək imkanı olduğu halda bunu etməyib. Onun əməli Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilməlidir.

Məhkəmə araşdırması davam edir.