|
Azərbaycanda aqrar sahədə qadın sahibkarlığının inkişafı layihəsi 2 il davam edəcək

Azərbaycanda Aqrar Kredit və İnkişaf Agentliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə aqrar sahədə qadın sahibkarlığının inkişafı layihəsi 2 il davam edəcək.

Trend-in məlumatına görə, bunu Aqrar Kredit və İnkişaf Agentliyinnin sədr müavini Leyla Məmmədova deyib.

O bildirib ki, Azərbaycanın hər bölgəsində layihəyə 500-ə yaxın qadın fermer qoşulur:

"Layihə çərçivəsində qadın sahibkarların müxtəlif təlimləri keçiriləcək".