|
Ərdoğanın Prezident Sarayında həyəcanlı dəqiqələr
Türkiyədə  Prezident Sarayı ətrafında dolanan şübhəli şəxs təhlükəsizlik qüvvələrini hərəkətə keçirib.
Axşam saatlarında Prezident Sarayı qarşısında  şübhəli bir şəxsin dolaşması  ilə həyəcan siqnalı verilib. Təhlükəsizlik qüvvələri Prezidennt Sarayı ətrafına gətirilib.
Hazırda Sarayın ətrafında  təhlükəsizlik zənciri yaradılıb. Polis briqadaları Prezident Sarayı yaxınlığında  olan prospektlərdə patrul xidməti qurublar.
İddiaya görə, vətəndaşların və ziyarətçilərin istifadə etdiyi Prezident Sarayının 1 saylı qapısının önünə  gələn bir şəxs, dərhal qarşıda olan  Atatürk Meşə Təsərüffatı  ərazisinə girib. 
Lakin polis və təhlükəsizlik qüvvələri  ərazini nə qədər axtarsalar da naməlum şəxsi tapa bilməyiblər.
Cia.az