Portal.edu.az platformasına peşə təhsili pilləsi üzrə təhsil alanlar üçün yeni elektron xidmət əlavə edilib.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən Musavat.com-a verilən məlumata görə, peşə təhsili müəssisələrində təhsilini yarımçıq saxlayan şəxslərin yenidən təhsilinə davam edə bilməsi məqsədilə “Təhsilin bərpası” elektron xidməti vətəndaşların istifadəsinə verilib. Sözügedən xidmət peşə təhsilinə fasilə verən tələbələrin bərpasını elektron qaydada həyata keçirir.
Bu il şəhid ailələri və müharibə əlillərinə veriləcək mənzil və fərdi evlərin sayı açıqlanıb
Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə müraciət edənlərin sayı açıqlanıb
Bakıda müəllimlərin işə qəbul üzrə müsabiqəsinin test imtahanının vaxtı bəlli olub
Xidmətdən istifadə etmək istəyən vətəndaşlar portal.edu.az platformasında qeydiyyatdan keçdikdən sonra “Təhsilin bərpası” xidmətinə daxil olaraq, elektron müraciətlərini göndərə bilərlər. Daxil edilən məlumatların doğruluğu elektron sistem vasitəsilə yoxlanıldığı və məlumatlar təsdiqini tapdığı təqdirdə, təhsilinə fasilə vermiş tələbə müvafiq istiqamət üzrə bərpa olunaraq təhsilini davam etdirə biləcək. Sözügedən yeni xidmət peşə təhsili üzrə vahid mərkəzləşmiş elektron idarəetmənin tərkib hissəsidir.
