ABŞ 2023-cü ildə perspektivli “Ground Based Strategic Deterrent” (GBSD) qitələlərarası ballistik raket sistemlərinin sınaqlarını həyata keçirəcək.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Popular Mechanics” saytı məlumat yayıb.
“Qiyamət qılıncı” adı verilən bu silah “LGM-30G Minuteman III” ballistik nüvə kompleksini əvəz etməlidir.
“Northrop Grumman” korporasiyası tərəfindən hazırlanan strateji raketlər cəmi bir neçə dəqiqə ərzində dünyanın istənilən nöqtəsinə çatıb hədəfi yox etmək qabiliyyətinə malikdir.
“GBSD” sisteminin hazırda rəqəmsal texnologiyalarla birlikdə işə salınması nəzərdə tutulur. Təkcə yeni raketlərin optimal konfiqurasiyasının kompüterlər vasitəsilə hazırlanmasına 6 milyard dollar pul xərclənib.
“Popular Mechanics” ABŞ Hərbi-hava qüvvələrinin 400 ədəd yeni GBSD raketini əldə edəcəyini yazıb. Həmin raketlər trotil ölçülərinə görə 335-350 000 kilotonn gücündə “W87-1” döyüş başlıqları ilə təmin olunacaq.
