Banqladeşdə baş verən partlayışda 7 nəfər ölüb, 50-dən çox insan xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb. Məlumata görə, hadisə paytaxt Dakkada, yaşayış binasında qeydə alınıb.
Partlayışın qaz sızmasından baş verdiyi ehtimal edilir. Hadisənin başvermə səbəbləri araşdırılır.
