Samux rayonunda bıçaqlanma hadisəsi başverib.
"Report"un məlumatına görə, hadisə Çobanabdallı kəndində qeydə alınıb. Rayonun Hacıalılı kənd sakini, 1992-ci il təvəllüdlü Allahverdi Yusibov şəxsi münasibətlər zəminində rayonun Lək kənd sakini, 1972-ci il təvəllüdlü Elçin Qənbərovu bıçaqlayıb. Yaralı Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib. E.Qənbərovun vəziyyəti kafi qiymətləndirilir.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
