|
Fransada oyun zamanı futbolçular güllələnib, oyunçulardan biri ölüb, digəri yaralanıb

Fransanın Marsel şəhərində həvəskar qruplar arasında baş tutan görüşdə futbolçular güllələniblər.

APA “La Provence” nəşrinə istinadən xəbər verir ki, hadisə şəhərin şimal hissəsində - 15-ci dairədə qeydə alınıb.

Atəş nəticəsində oyunçulardan biri ölüb, biri isə ağır yaralanıb.

Polisi hadisə ilə əlaqədar istintaq başladıb.

Qeyd edək ki, şəhərin şimal hissəsində narkotik alverçiləri arasında tez-tez silahlı qarşıdurmalar olur.