|
İngiltərədə nazir arvadına evli müşaviri ilə xəyanət edib - VİDEO

İngiltərədə koronavirus epidemiyası ilə mübarizəyə görə tənqid olunan Səhiyyə naziri Met Henkok (Matt Hancock), bu dəfə xəyanət qalmaqalı ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, "The Sun"nın paylaşdığı görüntülərdə 3 uşaq atası olan Henkokun 15 illik həyat yoldaşı Martanı evli müşaviri ilə aldatması üzə çıxıb.

42 yaşlı ingilis nazir müşaviri Gina Koladanqelo (Gina Coladangelo) ilə dodaq-dodağa kameralara yaxalanıb. Görüntülərin Henkokun Vitehaldakı ofisində 6 mayda qeydə alındığı deyilir.

Səhiyyə naziri Matt Hancock

 Nazirlə müşavirin xəyanət görüntüsü

Oliver Tress və Gina Coladangelo.