|
«Google» şirkətinin top meneceri Nepaldakı zəlzələ qurbanı olub
«Google» şirkətinin yüksək vəzifəli əməkdaşı Daniel Fredinburq Nepaldakə zəlzələ səbəbindən Everestdə zirvəsinin yamacında baş vermiş qar uçqunu nəticəsində ölüb.

Bu barədə Fredinburqun Everest zirvəsinə səyahətini təşkil etmiş  Britaniyanın Jagged Globe şirkətinin məlumatında bildirilir.

Məlumata görə, hadisə zamanı komandanın daha iki üzvü yüngül xəsarət alıb.

Qeyd edək ki,  Daniel Fredinburq uzun müddət “Google” şirkətində  “Google X” yeni layihələr laboratoriyasında rəhbər vəzifədə çalışıb. 

Cia.az