Tanınmış vəkil külli miqdarda mənimsəmədə ittiham edilərək hakim qarşısına çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində Vəkillər Kollegiyası Rəyasət Heyətinin keçmiş üzvü, uzun müddət 1 saylı hüquq məsləhətxanasına rəhbərlik etmiş Sümbülə Əliyevanın cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında S.Əliyevanın vəkili məhkəməyə vəsatət təqdim edərək müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılmasını istəyib.
Məhkəmə vəsatəti təmin edib və S.Əliyeva azadlığa buraxılıb.
Xatırladaq ki, S.Əliyeva barəsində cinayət işi aylar öncə açılıb. Bu ayın əvvəlində isə məhkəmənin hazırlıq iclası keçirilən zaman ev dustaqlığına olan Sümbülə Əliyeva məhkəmə zalında həbs edilmişdi.
Məhkəmə araşdırması davam edir.
Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) maddəsilə ittiham olunan Sümbülə Əliyeva vəkillərin ödənişlərindən vergi kimi tutulan vəsaitlərin mənimsənməsində təqsirləndirilir.
İttihama görə, Sümbülə Əliyeva Dövlət Sosial Müdafiə Fonduna və Vergilə Nazirliyinə ödənilmək üçün üçün vəkillərdən tutulan vergi və sosial sığorta haqlarını mənimsəyib.
İş üzrə zərərçıkmiş kimi Vəkillər Kollegiyası, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Vergi Xidməti tanınıb.
