|
Koronavirusla bağlı ilkin məlumatlar müəmmalı şəkildə yoxa çıxdı

Koronavirusun orijinal variantının genomu ilə bağlı ilk məlumatlar yoxa çıxıb. Onları ABŞ-da saxlanılan məlumat bazasında hələ 2020-ci ilin yayında ləğv ediblər.

Belə bir sensasion informasiya “Bloomberg” agenltiyində yayılıb.

Burada söhbət 2019-cu ilin sonunda Çinin Uhan şəhərində aşkarlanan ştammdan gedir. Həmin virusun genomu haqqında informasiyalar Çin dövlətinin xahişi ilə ABŞ-ın Milli səhiyyə institutunda (NİH) tutulurmuş.

Lakin sonradan çinli rəsmilər nədənsə bəhs olunan məlumatları “yenilənmək” və “ziddiyətlərdən qaçmaq” məqsədilə geri çağırıb. NİH yetkililəri Çinin buna tam hüququ olduğunu bildiriblər.

“İnstititutumuz kommunist rejimin motivləri haqqında hər hansı fikir yürüdə bilməz. Çinli alimlərin söyləikləri də mövzunun çərçivəsindən çıxan açıqlamalardır”,-deyə institut qəribə izah verib.

“SARS-CoV-2” virusunun ilkin məlumatların yoxa çıxması amerikalılarda əlavə şübhə yaradıb. Məsələn, tanınmış virusoloq Cessi Blum bununla rəsmi Pekinin Uhandakı sızıntıları gizlətməyə çalışdığını söyləyib.