|
Filippinin sabiq prezidenti vəfat edib

Müxtəlif xəstəliklərdən əziyyət çəkən Filippinin sabiq prezidenti Beniqno Akino 61 yaşında vəfat edib. Bu barədə "ABS-CBN" mediaqrupuna sabiq prezidentin ailə üzvü məlumat verib.

AZƏRTAC xəbər verir ki, sabiq prezidentin ürək çatışmazlığından vəfat etdiyi bildirilir.